Milli.Az xəbər verir ki, Day.Az saytına məktub yazan oxuculardan biri maraqlanır ki, "İçərişəhər" - "Dərnəgül" istiqamatində xətt olacaqmı?
Sualı saytın əməkdaşı Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevə yönləndrib.
Onun sözlərinə görə, "Qırmızı zolaq" ("Həzi Aslanov"-"İçərişəhər" və "Yaşıl zolaq" ("Dərnəgül"-"Xətai") "28 May" stansiyasında kəsişir. Hazırda bu xətlərin ayrılması istiqamətində işlər aparılır. Bu xətlər ayrıldıqdan sonra qatarlar arasındakı interval 4 dəqiqədən 2 dəqiqəyə endiriləcək.
"Oxucunun təklifinə gəlincə isə, Metropolitenin planlarında belə bir xəttin çəkilməsi nəzərdə tutulmayıb. Həmin məsələ müzakirə olunmur", - o əlavə edib.
Milli.Az