Meyxanaçının məhkəməsi: jurnalistlər zaldan çıxarıldılar

30 Oktyabr 2014 12:44

Meyxanaçı Bayramqulu Quliyevin (Bayram Kürdəxanılı) cinayət işi üzrə məhkəmə prosesi başlayıb

APA-nın məhkəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında Bayram Kürdəxanılı prosesdə jurnalistlərin iştirakına etiraz edib.

Hakim etirazı qəbul edib və jurnalistlər zaldan çıxarılıblar.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, "Nilufər" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Milli.Az