Amerikanın informasiya silahı İrana girir

30 Oktyabr 2014 12:52
Apple şirkəti öz məhsullarının İranda satılması üçün danışıqlar aparır. Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən xəbər yayıb. 

Qəzetin məlumatına görə, məhsulun İrana girib-girməməsi Qərbin bu ölkəyə qarşı sanksiyalarından asılı olacaq. 

Apple rəhbərliyi məhsulları İranda sata biləcək potensial tərəfdaşlarla Londonda görüşüb. Çox ehtimal ki, İran ərazisində Apple məhsulları satan bir neçə mağaza açılacaq. 

Milli.Az