Milli.Az bildirir ki, sosial şəbəkələrdəki "gag" tipli videoları ilə tanınan və populyarlaşan Səbuhi Xanlarov Facebook-dakı səhifəsində yaydığı fotonu bir zarafat təki yerləşdirmişdi.
Qobustan qəsəbəsi ərazisində baş verən, 2 nəfərin ölmünə və bir neçə nəfərin yaralanmasına səbəb olan qəzada avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu, sərnişin, 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar.
S.Xanlarov da həlak olmuş şəxslərdən birinin ad və soyadının dostları arasındakı şəxsin ad və soyadı ilə üst-üstə düşməsindən yararlanaraq belə zarafat edib.
Həmin şəxsin ailə üzvləri və qohumları da, təbii ki, pərişan qalıblar. Yalnız saatlar sonra fotonun Facebook-da yayılmasının zarafat olduğu anlaşılıb.
Fəqət, bu zarafat nə dərəcədə "uğurlu" alınıb, siz qərar verin.