Ən çılğın klub prezidenti - FOTOSESSİYA

30 Oktyabr 2014 20:56

Dünyanın azsaylı qadın klub rəhbərlərindən biri olan Jeani Buss ABŞ-ın "Los Anceles Leykers" basketbol klubuna başçılıq edir

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, klub rəhbəri 53 yaşı olmasına rəğmən, cazibədarlığını itirməyib.

55 yaşlı veteran volebolçu ilə evlənən Buss işinin hər zaman onun üçün ön planda olduğunu deyir. O, hətta bu səbəbdən 1990-cı ildə 3 il evli olduğu ərindən boşanıb. 1995-ci ildə "Playboy"a çılpaq pozlar verən klub rəhbəri 1999-cu ildə "Los Anceles Leykers"in baş məşqçisi Fil Ceksonla sevgili olub.

Tanınmış daşınmaz əmlak ticarətçisi Cerri Bussun qızı olan Jeani 19 yaşında klub idarəçiliyinə qoşulub. 17 yaşında atası ilə daşınmaz əmlak bazarına daxil olan indiki klub prezidenti "University of Southern California"nı yüksək dərəcə ilə başa vurub. Atası "Los Anceles Leykers"in başına qardaşı Cimi gətirmək istəsə də, onun mediada ön plana çıxması və əldə etdiyi uğurları ata Bussun fikrinin dəyişməsinə səbəb olub. 2013-cü ildə Cerri Buss vəfat etdikdən sonra ailəyə məxsus olan klubun 66 faizlik səhmləri 6 qardaş arasında bərabər şəkildə bölünüb. Jeani Buss 2013/14 mövsümündə "Los Anceles Leykers"in prezidenti seçilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.