Georgi Hacıdan "Qalatasaray" iddialarına münasibət

30 Oktyabr 2014 12:40

"Viitorul"un baş məşqçisi Georgi Hacı "Qalatasaray"ı çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis sabiq klubu ilə danışıqlar aparmadığını deyib: "Türkiyə mətbuatında yayılan xəbərlər həqiqəti əks etdirmir. "Qalatasaray" nümayəndələri ilə görüşməmişəm", - deyə o bildirib.
 

Qeyd edək ki, Türkiyə Superliqasında "Başakşehir"ə 0:4 hesablı məğlubiyyətdən sonra "Qalatasaray"ın baş məşqçisi Prandellini istefaya göndərəcəyi və G.Hacının onu əvəzləyəcəyi iddia edilirdi.

Milli.Az