Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Malayziyanın Kuala-Lumpur şəhərindən Özbəkistan Respublikasının Daşkənd şəhərinə, oradan isə qaçaqmalçılıq yolu ilə satış məqsədi üçün külli miqdarda dərman preparatlarının Bakı şəhərinə gətirilməsi haqqında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda dərman preparatları aşkar edilib