Dağlıq Qarabağ haqda qərəzli videoreportaj yayan "Amerikanın səsi" "təəssüflənir" - FOTO

30 Oktyabr 2014 12:07
"Amerikanın səsi"nin erməni xidmətinin saytından Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionu haqqında qərəzli videoreportaj yığışdırılıb və açıqlama yerləşdirilib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, açıqlamada deyilir:

"2014-cü il oktyabrın 18-də "Amerikanın səsi"nin erməni xidməti özünün saytında "Amerikanın səsi"nin jurnalist standartları balansını və obyektiv baxışı pozaraq Dağlıq Qarabağ barədə 10 dəqiqəlik videoreportaj yerləşdirmişdi. Biz standartlarımızın pozulmasına görə təəssüf hissi keçiririk və əmin edirik ki, "Amerikanın səsi"nin erməni xidməti etibarlı xəbər mənbəyi kimi çalışacaq".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.