Foreign Policy News" AzərTAc-ın baş direktoru Aslan Aslanovun məqaləsini yayıb - FOTO
30 Oktyabr 2014 12:28
ABŞ-ın daha bir portalı - "Foreign Policy News" AzərTAc-ın baş direktoru Aslan Aslanovun "Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür" sərlövhəli məqaləsini yayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məqalədə yeni informasiya texnologiyalarının inkişaf tendensiyalarından və sosial şəbəkələrlə ənənəvi media arasında qarşılıqlı təsirdən bəhs edilir, IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuya həsr olunmuş "dəyirmi masa"da səsləndirilən fikir və təkliflərə münasibət bildirilir. Müəllif, həmçinin sosial mediadan informasiya mənbəyi kimi istifadə olunmasının, xəbər agentliklərinin müasir dövrün çağırışları ilə ayaqlaşmasının zəruriliyinə dair mülahizələrini diqqətə çatdırır, AzərTAc-ın bu sahədəki təcrübəsindən bəhs edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.