Bakıda "uçan" avtobus tuneldə qəza törətdi - FOTO

30 Oktyabr 2014 11:19

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəza törədib

Milli.Az-ın movqe.az-a istinadən verdiyi xəbərə görə, Binəqədi-"Gənclik" metrostansiyası istiqamətində hərəkət edən 133 saylı avtobus Azadlıq prospektində tuneldə hərəkət edərkən bardürə çırpılıb. Yüksək sürətlə hərəkət edən avtobus daha sonra qarşıda hərəkət edən avtomobilə çırpılıb. Nəticədə zəncirvari qəza baş verib. Qəzadan təşvişə düşən sərnişinlər avtobusdan boşaldılıblar.

Movqe.az avtobus xəttinin sahibkarı, "Çinar Trans" MMC-nin rəhbəri Etibar Manafovla əlaqə saxlasa da, cəhdləri alınmayıb. E. Manafovun mobil telefonuna zəng çatmayıb. Xatırladaq ki, bu 133 saylı avtobusda son günlər baş verən ikinci qəza hadisəsidir. Ötən ay bu xəttin sürücüsü Valid Məmmədov dayanacaqdakı iki piyadanı vurmuşdu. Nəticədə sərnişinlərdən birinin, Samir Həsənovun dalağını çıxarıblar, qabırğaları sınıb, ciyəri dağılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.