Bakıda qadını yağış itirdi - FOTO
30 Oktyabr 2014 11:24
Bakıda yaşlı qadını ailəsi beş gün axtardı, gözlənilməz yerdə tapdı. Milli.Az xəbər verir ki, Bakı sakini olan 73 yaşlı Tamara Yolçuyeva oktyabrın 24-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Ailə üzvləri onu çox axtarsalar da, tapa bilməyiblər.
Dünən isə T.Yolçuyevanın xəbəri 3 saylı Klinik Xəstəxanadan gəlib. Qadının qohumları Milli.Az-a bildirdilər ki, T.Yolçuyeva oktyabrın 24-də yağışlı gündə yıxılaraq ağır xəsarət alıb. Başı asfalta dəyərək huşu itib, polis əməkdaşları onu xəstəxanaya aparıblar.
Həkim nəzarətində olan T.Yolçuyevanın yaxınlarına harada olması barədə xəbər vermək imkanı olmayıb. Ailə üzvlərinin polisə müraciətindən sonra onun yeri məlum olub. Qadın xəstəxanadan çıxarılaraq evinə aparılıb.
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.