Sərkisyan İordaniyada: Əmman Yerevana qardaş oldu

30 Oktyabr 2014 11:58

Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 29-da İordaniyaya rəsmi səfər edib

"Media forum" saytı xəbər verir ki, İordaniya kralı II Abdullanın dəvəti ilə baş tutan səfər zamanı dövlət başçıları əvvəl təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər.

Ermənistanla İordaniya arasında əməkdaşlıq sənədləri imzalanıb. Razılaşmalar atom enerjisindən dinc məqsədlərlə istifadəni, diplomatik pasportu olan vətəndaşlar üçün vizaların ləğvini, səhiyyə, investisiyaların təşviqi, iqtisadi əməkdaşlıq, turizm, kənd təsərrüfatı, mülki aviasiya sahələrində işbirliyini nəzərdə tutur.

İmzalanan sənədlər arasında Ermənistan-İordaniya Biznes Şurasının yaradılması, paytaxt şəhərləri Yerevanla Əmmanın qardaşlaşması haqqında razılaşmalar var.

Milli.Az