Kondisionerlə qucaqlaşıb ölümcül bəladan qurtuldu - FOTO

30 Oktyabr 2014 12:57

Vücudunda döş xərçəngi təki ağır bəla aşkarlanmış qadının dediyinə görə, onu kabinetində quraşdırılmış kondisioner xilas edib.

Qadın əmindir ki, kondisioneri tez-tez qucaqlayaraq isinməyə çalışdığı üçün xərçəng şişindən qurtulub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Londonda yaşayan Eleyn Delani iş otağında həmişə kondisioner işlədirdi.
 

"Ötən ilin dekabrında həkimlər məndə döş xərçənginin olduğunu dedilər. Həmin gün çox soyuqdu. Kondisioner də işləyirdi. Çöllə müqayisədə ofisdə daha soyuqdu. İsinmək üçün kondisioneri qucaqladım və hiss etdim ki, sinəmdə üzüm giləsi boyda şiş var. Rəfiqəmlə məsləhətləşəndən sonra anamla birlikdə həkim yanına yorllandım. Anamda da süd vəzisi xərçəngi olmuşdu", - Eleyn Delani deyib.
 

Müayinə zamanı Eleynin sol döşündə qolf topu boyda, sağ döşündə isə bir qədər kiçik şişlər aşkarlanıb.

Ultrasəs müayinəsi, mammoqrafiya və biopsiyadan sonra Delani nəticələri üç həftə gözləyib.
 

Sonucda bəlli olub ki, qadının döşlərindəki sıxlaşma limfatik düyünlərdə inkişaf etmiş xərçəng şişləridir.

Bu isə xərçəng hüceyrələrinin ətraf toxumalara yayılma riskini artırırdı.
 

Həkimlər qadına 8 kurs kimya terapiyası və ikiqat mastoektomiyadan keçməsinin gərəkdiyini deyiblər.

"Kondisioneri qucaqlamağım məni xərçəngdən qurtardı, həyatımı xilas etdi", - Eleyn Delani deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.