Britaniya vətəndaşı üçün əyləncə parkında istirahət faciə ilə başa çatıb.
58 yaşlı Rober Sihamor attraksionda olarkən boynunu sındırıb.
Xəstəxanaya apırılmış Robert indi yaşama dəstək aparatına qoşulub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Sihamor parka qardaşının nəvəsi ilə yollanmışdı. Attraksionda yellənəndə 13 yaşlı Harri qışqırmağa başlayıb.
Balaca arabada "səyahət" başa çatanda attraksion işçiləri Sihamorla Harrinin oturduqları yerə qaçıblar.
Sihamor arabanın döşəməsinə uzanmışdı və onun boynu sınmışdı.
Hadisə yerinə çağırılmış təcili yardım əməkdaşları Robert Sihamorun sağ qalmasını möcüzə sayıblar.
Hazırda ürəyi və ağciyərləri süni yaşam aparatına qoşulmuş Sihamorun durumu barədə danışan həkimlərin dediklərinə görə, Robert həyatının sonunadək əlil, iflic qalacaq və ayağa dura bilməyəcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.