Yeni ərə gedən aparıcı: "Çoxları düşünürlər ki, ailə qurduqdan sonra..."

30 Oktyabr 2014 11:42
Ötən həftə psixoloq Kənan Rəhimovla ailə quran aparıcı Samirə Rüstəmova evlilik həyatından danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ilk təəssüratlarını bölüşüb:

"Evlilik düşündüyümdən də maraqlıdır, xoşdur. Bal ayına gedə bilmədik. Kənanın işləri çoxdur. Amma planımızda var.

Hər şeyi yoluna qoyub, gedəcəyik. Çoxları düşünürlər ki, ailə qurduqdan sonra işlərimdən uzaqlaşacam. Amma yox, aparıcılıq fəaliyyətim davam edəcək. Hətta yeni layihələr də hazırlayıram. Yaxın günlərdə təqdim edəcəm. Kənan da bu işlərdə mənə dəstək olacaq".

Milli.Az