Artıq məhərrəmlik əyyamı başlayıb. Bununla əlaqədar bəzi ayinlər icra edilir, qadağalar gözlənilir. Məsələn, spirtli içki içmək, toy eləmək günah sayılır. Artıq paytaxt ərazisində şadlıq evlərinin böyük əksəriyyəti fəaliyyətini dondurub. Toy biznesinin bağlanması ərzaq bazarından tutmuş, gözəllik salonlarına kimi bir sıra obyektlərə öz təsirini göstərir.Fazil Mustafa: "Bu, daha çox İrandan gələn bir adətdir"; Samir Əliyev: "Məhərrəmliyin iqtisadiyyata vurduğu ziyan azdır, nəinki qeyri-iş günlərinin..."