"Ağır oyun proqramımız var. Son zamanlar üç gündən bir matça çıxırıq. Ancaq "İnter"ə qarşı yaxşı oynadıq. "İnter"lə heç-heçəni faciəyə çevirmək lazım deyil. Bir xal da bizim üçün yaxşı nəticədir.
Milli.Az xəbər verir ki, bu sözləri qol.az-a "Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 10-cu turunda "İnter"lə bərabərə qaldıqları oyundan (0:0) sonra deyib.
O, "İnter"in çempionatın ən yaxşı və düzgün müdafiə olunan komandası olduğunu bildirib: "Onlara qarşı oyunda qol imkanı yaratmaq çətin olur. Gərək fürsət yaranan kimi qol vurasan. Çox sıx qrafiklə oynadığımız üçün ehtiyatlı oyuna üstünlük veririk".
Milli.Az