Hazırda genofondumuzu təhdid edən ən ciddi məsələlərdən biri də süni körpə qidalarıdır. Daha çox xarici ölkələrdən idxal olunan və mənşəyi məlum olmayan körpə qidaları övladını öz südü ilə bəsləməkdən imtina edən analar üçün asan çıxış yolu olsa da, körpələr üçün xəstəlik mənbəyidir.Eyyub Hüseynov: "Süni qidaların qiymətlərinin yüksək olmasının səbəbi pediatrlara vasitəçiliyə görə ödənilən pulların məhsulun üzərinə gəlməsidir"