"Poza verən" heyvanlar... - FOTO
30 Oktyabr 2014 13:30
İlk zooparkın yaradılması haqqında məlumatlara hətta XV əsr materiallarında rast gəlinir. 1752-ci il tarixli Vena, 1794-cü il tarixli Paris zooparkları kimi qədim heyvan məskənləri sırasına Macarıstanın paytaxtında yerləşən, gələn il 150 illiyini qeyd edəcək 1865-ci ildə yaradılmış Budapeşt zooparkını da daxil etmək olar.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Budapeşt zooparkında Avropanın ən zəngin heyvan və quş kolleksiyalarından biri yer alır. Burada zürafə, fil, zebr, qarışqayeyən, begemot, kərgədan, şir, pələng, qonur ayı, meymun, timsah, kərtənkələ və ilanlarla yanaşı, ən rəngarəng quş növləri məskunlaşdırılıb. Hətta zooparkda yaradılmış xüsusi iqlim şəraitində yaşayan suitilərə, pinqvinlərə və ağ ayılara, akvariumda müxtəlif balıq növlərinə rast gəlmək mümkündür.
Budapeşt zooparkında ən maraqlı hal isə odur ki, heyvanlar bura gələn ziyarətçiləri uzaqdan yuxulu-yuxulu seyr etmir, onlara yaxınlaşan obyektivdən nəinki qaçmırlar, əksinə, hətta obyektivə yaxınlaşaraq poza verirlər. Obyektivimizə baxan bu zürafələr və pələnglər kimi...
Trend zooparkdan hazırlanmış fotogörüntüləri oxucularına təqdim edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.