Dünya bazarında neftin qiyməti
30 Oktyabr 2014 10:23
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,27 dollar azalaraq 1 barelə görə 81,93 dollar təşkil edib.
APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,11 dollar ucuzlaşaraq 87,01 dollar olub.
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən APA-ya verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 1,17 dollar bahalaşaraq 90,52 dollar olub.
Milli.Az