Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb.
Rayonun Mirzalıbəyli kəndində baş verən qəzada "VAZ-21010" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən aşıb. Yoldan cıxaraq bir neçə dəfə aşan avtomobil ağaca cırpılıb. Qəza zamanı avtomobil sürücüsü xəstəxanaya aparılarkən vəfat edib.