Bin Ladenin qatili danışacaq

30 Oktyabr 2014 11:33

Öldürüb cəsədini dənizə atıblar

Amerika Birləşmiş Ştatlarının "Fox News" telekanalı Bin Ladeni öldürən şəxsi göstərəcək.

Anspress-in məlumatına görə, ABŞ-ın "Fox News" telekanalı noyabr ayının 1-də xüsusi əməliyyat nəticəsində Pakistanda "Əl-Qaidə" lideri Üsamə bin Ladini öldürən şəxslə müsahibəsini təqdim edəcək. Bu barədə "The Hollywood Reporter"in yaydığı xəbərdə deyilir.

Telekanalın press-relizində sənədli filmdən söz açılarkən qatilin ad və soyadını da açıqlayacağı bildirilir.

Qeyd edək ki, "əl-Qaidə" lideri Üsamə bin Laden 2011-ci il may ayının 2-də Pakistanın Abbottabad şəhərində ABŞ Silahlı Qüvvələri tərəfindən 40 dəqiqəlik bir atışmadan sonra öldürülüb. Bin Ladenin cəsədini ələ keçirən ABŞ ordusu onun heç bir ölkə tərəfindən qəbul edilməyəcəyini düşünərək dənizə atıb.

Milli.Az