Nazirə hədə məktubu yazıldı
30 Oktyabr 2014 12:30
Avstriya daxili işlər nazirinə ölümlə hədələyən məktub göndərilib.
Anspress-in məlumatına görə, Avstriyanın "ORF" dövlət televiziyasında nazir Mikl-Leitnerə ölüm təhdidli ünvansız iki fərqli məktub göndərildiyi bildirilib.
Kim tərəfindən göndərildiyi bilinməyən məktubda nazir ölkənin qaçqın siyasətini liberallaşdırmaqda günahlandırılır.
"Əgər Avstriya daha bir qaçqın qəbul etsə, nazir Leitner və digər 50 siyasətçini qətlə yetirəcəm", - deyə məkrubda yazılıb.
Vyana Prokurorluğu anonim məktubla bağlı istintaq başladıldığını təsdiqləyib.
Qeyd edək ki, nazir Leitner ötən həftələrdə daha çox qaçqın qəbul edilməsi üçün kvotalara uyğun gəlməsini ehtiva edən qərarlar qəbul etdiklərini söyləmiş və bu qərar sağçı partiyalar tərəfindən sərt bir şəkildə tənqid olunmuşdu.
Milli.Az