Sovetin əfsanəvi məşqçisi reanimasiyada - FOTO
30 Oktyabr 2014 10:17
Məşhur sovet hokkeyçisi və məşqçisi Viktor Tixonov Moskva klinikalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, 83 yaşlı Tixonov ağır xəstəlikdən əzab çəkir. Səkkizqat dünya çempionunda xəstəlik kəskinləşdiyindən o, xəstəxanaya yerləşdirilib.
Eyni zamanda, məşqçinin planlı tibbi müayinəsi keçirilir. Hazırda Tixonovun vəziyyəti sabit qiymətləndirilir.
Viktor Tixonov məşqçi kimi üçqat Olimpiya çempionu (1984, 1988, 1992), 8-qat dünya çempionu və 13-qat SSRİ çempionudur. 1977-ci ildən 1996-cı ilə qədər o, Moskva MOİK-ilə bərabər Sovet İttifaqı yığmasının əsas məşqçisi olub. Əfsanəvi məşqçi daha sonra Rusiya millisini çalışdırıb. Onun nəvəsi kiçik Viktor Tixonov Peterburq SKA-sının şərəfini qorumağla yanaşı, Rusiyanın əsas yığmasını hücum xəttində oynayır.
Viktor Tixonovun rəhbərliyi altında əfsanəvi SSRİ yığması 1978, 1979, 1981, 1982,1983, 1986, 1989, 1990 illərdə dünya çempionatlarında, 1978 - 1991 illərdə Avropanın çempionatlarında və 1984, 1988 və 1992 illərdə üç dəfə Olimpiadada qalib gəlib.
Qeyd edək ki, ötən il Viktor Tixonovun oğlu faciəli şəkildə vəfat etmişdi. Köhnə hokkeyçi Vladimir Tixonov bədbəxt hadisə nəticəsində yaşadığı 5-ci mərtəbədən yıxılaraq həlak olmuşdu.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.