Kürd xüsusi təyinatlılar üzərində ABŞ bayrağı olan formalarla İŞİD-ə qarşı vuruşacaqlar
Şimali İraq Kürd Muxtariyyətindən Kobaniyə göndərilən peşmərgələrin əynində ABŞ əsgərlərinin forması diqqət çəkib.
Anspress-in məlumatına görə, dünən axşam saatlarında Şanlıurfaya çatan peşmərgələrin formasında ABŞ bayrağı və "US Army" (Amerika Birləşmiş Ştatları Quru Qüvvələri) yazısı olub.
Qeyd edək ki, Məsud Bərzaninin rəhbəri olduğu kürd muxtariyyəti Suriyada kürdlərin yaşadığı Kobani şəhərini İŞİD hücumlarından müdafiə etmək üçün 200-ədək xüsusi təyinatlını göndərib.