Müğənni Nadir Qafarzadə "Öz aramızda" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi verilişin aparıcısı Zaur Baxşəliyevə min manat gətirdiyini bildirib:
"Evdən çıxanda üstümdə min manat götürdüm ki, verilişə bağışlayım. Bunu Zaura verirəm. Ən çox köməyə ehtiyacı olan birinə versin. Kiməsə özüm verib, ayrı-seçkilik salmaq istəmirəm".
Z.Baxşəliyev N.Qafarzadənin verdiyi min manatı üzü yanmış, əməliyyat üçün verilişə müraciət edib, kömək istəyən Abbas adlı gəncə verib:
"Əslində burada ehtiyacı olan çox insan var. Abbasın əməliyyatı üçün pul yığırıq. Bu məbləği də həmin pulun üstünə əlavə etdik". Milli.Az