Macarıstanın xarici işlər naziri: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir"
30 Oktyabr 2014 09:21
Macarıstanın prinsipləri dəyişməz olaraq qalır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir. Bunu Trend-ə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakıya səfəri ərəfəsində deyib.
Onun sözlərinə görə, milli azlıq və etnik qrupların hüquqlarının müdafiəsini təmin etmək də vacibdir.
P.Siyarto Azərbaycan torpaqlarının işğalı nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının davam etməsi ilə bağlı Macarıstanın mövqeyi haqqında sualı cavablandırarkən qeyd edib ki, Macarıstan ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
Nazir əlavə edib ki, bütün münaqişələr danışıqlar yolu ilə həll olunmalıdır.
Macarıstanın XİN rəhbəri noyabrın 3-4-də Azərbaycanda səfərdə olacaq.
Milli.Az