14 yaşlı türk Vyananı qorxuya saldı

30 Oktyabr 2014 09:24

Polislərin yaratdığı səs-küy ətrafdakıları qorxuya salıb

Türk əsilli Avstriya vətəndaşı olan bir yeniyetmə terror şübhəsi ilə yaxalanıb.

Anspress-in məlumatına görə, Avstriyada türk əsilli olduğu deyilən 14 yaşlı bir oğlan paytaxt Vyanadakı qatar stansiyalarının birində polislər tərəfindən saxlanılıb. Oğlanın yaxalanması zamanı polislərin yaratdığı səs-küy ətrafdakıları da qorxuya salıb.

Onun saxlanılmasına səbəb kimi terrorçu şəbəkələrlə əlaqəyə girməsi olub. Polisin verdiyi məlumatda şübhəlinin 8 ildir Avstriyada yaşadığı bildirilir.

Prokurorluğun açıqlamasında saxlanılan oğlanın internetdən bombanın necə hazırlanmasını öyrəndiyini və Vestbahnhof stansiyasında hücum həyata keçirmək istədiyini etiraf etdiyi qeyd edilir.

Milli.Az