Şurabad kənd sakini atəş nəticəsində sol əlini itirib
Xızı rayonunda silahla ehtiyatsız davranış nəticəsində bədbəxt hadisə yaşanıb.
Anspress-in verdiyi məlumata görə, Şurabad kənd sakini, 59 yaşlı Əhmədağa Nəcəfov atasından qalma 1960-cı il ihtehsallı, 16 kalibrli tüfəngi yoxlayarkən atəş açılıb.
Atəş nəticəsində o, sol əlini itirib. Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardim Xəstəxanasına çatdırılıb.