Elmar Məmmədyarovun sabiq prezidentlə müzakirəsi
29 Oktyabr 2014 18:20
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan Albaniyanın sabiq prezidenti Rexhep Meidanı qəbul edib.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş əsnasında Azərbaycan və Albaniya arasında ikitərəfli əlaqələrin inkişafına münasibətdə məmnunluq ifadə olunaraq, Trans-Adriatik boru xəttinin region ölkələri üçün əhəmiyyəti qeyd olunub.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Milli.Az