Xalq artisti: "Formada qalmağım üçün bunları edirəm"

29 Oktyabr 2014 18:05
Xalq artisti Məleykə Əsədova "Düzünü desək" verilişində qonaq olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi formada qalmağının sirrini açıb.
 
"İllərdir çəkim 58-59 kiloqram arasında olur. Boyum 170 santimetrdir. Üzməyi, idman etməyi çox sevirəm. Nadir hallarda spa-idman mərkəzlərinə gedirəm. Buna çox vaxtım olmur. Hər gün səhər yuxudan oyananda təbii alma və ya boranı şirəsi içirəm. Çörəyi az istifadə edirəm. Gün ərzində tez-tez yemək yeyirəm. Xörəkləri ancaq zeytun yağında hazırlatdırıram".

Milli.Az