Bakıdakı marketdə maraqlı olay: "Bəs kimsə oğurluq edəndə kameraya niyə baxırsız?"

29 Oktyabr 2014 17:54

"Bu hadisəni qəhramanlıq etmiş kimi qələmə vermirəm. Sadəcə, kiməsə xeyri dəyə bilər"

Milli.Az xəbər verir ki, bu sözləri Facebook sosial şəbəkəsində Emil Ağayev adlı istifadəçi yazıb. Emil deyir ki, Bakıdakı marketlərdən birində qəribə olayla qarşılaşıb. 

"Dünən axşam Günəşlidə marketlərin birindən çörək alıb çıxırdım. Bir qadın və cavan oğlan kassir qıza yaxınlaşdı. Qadın qıza dedi ki, "bəs bu pampersi oğlum bayaq sizdən alıb. Ölçüsü balaca alıb. Olar bunu dəyişək?" Qız qayıtdı ki, "olar, amma "çek"i verin". Məlum oldu ki, oğlan qəbzi yolda atıb. Müdaxilə edərək dedim ki, "hər kassada kamera nəzarəti var. Ora baxıb dəyişə bilərlər". 

Hadisələrin bu cür inkişafından çaşıb qalan kassir xanım marketin müdirini çağırıb. Emilin müdirlə də maraqlı dialoqu olub. 

"Müdir də "çek" istədi. Eyni sözləri ona da dedim. Müdir dedi olmaz. 

- Bəs oğurluq edəndə kimsə kameraya niyə baxırsız?

- O başqa məsələdi. 

- Yaxşı tutaq ki, mən bir azdan gəlib dedim ki, bu çörəyin "çek"in mənə verməmisiz, sizi cərmələdəcəm. Onda neynirsiz?

- Kamera ilə sübut edirik. 

- Bax belə, indi buna da "çek" verildiyini orada görmək olar.

- Sən məndən yaxşı bilirsən ticarəti?

- Yox, amma istehlakçı hüququnu bilirəm. İndi bu adamın pampersini dəyişməsəz, "qaynar xətt"ə zəng vuracam. 

Həmin Facebook istifadəçisi yazır ki, mübahisənin daha da zərərinə olduğunu anlayan market müdiri "ay qız, dəyişin o pampersi", - deyə satıcıya göstəriş verib. 

Milli.Az