Milli.Az Vesti.ru-ya istinadən bildirir ki, Ruslan Sedoy Tolyattidə əslən Azərbaycan və Orta Asiyadan olan ticarətçilərə hamilik edirdi.
Samara vilayətinin daxili işlər idarəsinin rəis müavini Nikolay Turbovets öldürülən şəxsi "90-cı illərin nümayəndəsi" kimi xarakterizə edib.
Ruslanın qatili Kalaşnikov avtomat silahından istifadə edib. O, Ruslana ən azı dörd dəfə atəş açıb. Hadisə yerindən bir qədər aralıda isə qatilin yanmış maşını aşkarlanıb. Maşının içində cinayət törədilən avtomat silahı da olub.
Hazırda hadisə yerinin video müşahidə cihazlarına düşən görüntüləri nəzərdən keçirilir.
Vesti.az-ın əldə etdiyi məlumata görə, öldürülən şəxs 1978-ci il təvəllüdlü Sumqayıt sakini Ruslan Seyidovdur. O, topdan satış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul idi.
Rusiya mətbuatının məlumatına görə, Ruslan Sedoyun Tolyattidə məşhur olan kriminal avtoritet Şamil Daniulovla əlaqələri var idi. O, kriminal aləmdə 90-cı illərdə şöhrət qazanıb.
Milli.Az