Bakıda ağır yol qəzası baş verib
18:00
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda "Honda" markalı minik avtomobilinin yol ayrıcındakı maneəyə çırpılması barədə məlumat daxil olub.
Nəticədə avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu, sərnişin, 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Avtomobildə müxtəlif bədən xəsarətləri alan 3 nəfər (2 qadın, 1 kişi), 4 azyaşlı və hər 2 meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.