Xazanovun qablarını oğurladılar

30 Oktyabr 2014 10:34

Rusiyanın xalq artisti, Estrada Teatrının rəhbəri Gennadi Xazanovun evi qarət olunub.
 

Milli.Az TASS-a istinadən bildirir ki, insident Moskva vilayətindəki Pervomayskaya qəsəbəsində baş verib.
 

Polisə G.Xazanovun qızı şikayətlənib. Onun şikayət ərizəsində bildirilir ki, "Soqlasie" bağ kompleksindəki evlərinə soxulan oğrular gümüş qab-qacaq, metal seyfi və iki qol saatını oğurlayıblar.
 

Moskva polisi olayı təsdiqləyib. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
 

Milli.Az