Payız-qış mövsümü başlar-başlamaz dəm qazı mövzusu yenə də gündəmə gəldi. Hələ mövsümün yeni başlamasına baxmayaraq dəm qazı kabusu artıq ev-ev, mənzil-mənzil dolaşır. Ümumiyyətlə, son illər ölkə ərazisində dəm qazından boğulma halları xeyli artıb. Hər il payız-qış mövsümündə neçə-neçə sakin dəm qazının qurbanı olur. Əvvəllər boğulma faktları yalnız paytaxtda qeydə alınırdısa, indi bu, rayonlarda da müşahidə edilir. Vəziyyət isə düzəlmir. Qeyd edək ki, dəm qazından zəhərlənmələr ümumən zəhərlənmələr siyahısında (alkoqol, dərman preparatları və narkotik maddələr) dördüncü yeri tutur.Ekspert belə halların qarşısını almaq üçün almaq xüsusi qurum yaradılmasını təklif edir: "Bu sahədə özbaşınalıq və səhlənkarlıq hökm sürür..."