Bakıda 14 yaşlı oğlan məhkəmə qarşısına çıxarıldı

29 Oktyabr 2014 16:54
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda silsilə oğurluq əməllərində təqsirli bilinən Yevlax sakini, 2000-ci il təvəllüdlü Nazim Bəkirovun cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanov sədrliyi ilə keçirilən prosesdə hal şahidləri və zərərçəkmiş şəxslər ifadə veriblər.

Məhkəmə qarşısında ifadə verən 14 yaşlı N.Bəkirov özünü təqsirli bilib. Məhkəmə prosesi oktyabrın 31-də davam edəcək.

Qeyd edək ki, bu ilin aprel ayında Yasamal və Nəsimi rayon Polis İdarələrinin əməkdaşları Mədinə Ağcayevaya məxsus mağazadan 630 manat pul, danışıq kartları və tütün məmulatını, Şirzad İbrahimovun cibindən isə 450 manat pul oğurlamış Yevlax rayon sakini Nazim Bəkirov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, o, ötən il dekabrın 28-də Rəşad Abdullayevə məxsus "VAZ-2107" markalı avtomobildən 1200 manat, maqnitafon və görüntü kamerası, Arzu Allahverdiyevanın gözəllik salonundan 200 manat pul, Sahib Muxtarova, Ramil Abbasova, Şamil Namazova və Aqil Abbasova məxsus mağazalardan pul və ərzaq məhsulları oğurlayıb.

Milli.Az