Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyası Rusiyaya il ərzində 5,2 milyard dollara başa gələcək. Yeni yaradılan qurum hələ "bissimillah" deməmiş artıq Rusiyanın özündə narazılıqlara yol açıb. Bu ölkənin bir sıra mətbu orqanları artıq indidən öz proqnoz və hesabatların dərc edir, qurumun Rusiyaya zərər gətirəcəyini bildirirlər. Beləliklə, 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı razılaşma qüvvəyə minir. Ermənistan parlamenti də ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması barədə sazişi ilin sonuna kimi təsdiqləyəcək. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə Komissiyasının sədri Artak Zakaryan bildirib. O bildirib ki, Konstitusiya Məhkəməsinin yekun qərarından sonra prezident Serj Sarkisyan sənədi ratifikasiya üçün ölkə parlamentinə göndərəcək.Avrasiya İqtisadi Birliyi Rusiya büdcəsinə illik 5,2 milyard dollara başa gələcək