Azercell SMS-lərində dilimiz təhqir olunur - FOTO

30 Oktyabr 2014 01:10
Mobil rabitə operatorlarından abonentlərinə müxtəlif məzmunlu sms-lər gəlir. Həmin sms-lər abonentlərin narazılğına səbəb olur. Budəfəki narazılıq sms-dən yox, onun məzmunundadınr.

Jurnalist Sahil Kərimli sosial şəbəkədə yazıb ki, "Azercell" şirkəti Azərbaycan dilini təhqir edir. Onlara anlatmaq lazımdır ki, dilimizi təhqir etməsinlər. "Azercell" tərəfindən göndərilən sms-də "sükut" sözü "sikut" kimi yazılıb.

"Azercell" Telekom MMC-nin mətbuat xidmətindən Milli.Az-a bildirildi ki, abunəçilərə həmin sms-lər "Azercell" şəbəkəsi vasitəsilə 3-cü şirkətlər - məzmun təminatçıları tərəfindən göndərilir və mətnə görə tam olaraq həmin şirkətlər cavabdeh olur. ""Azercell" bu zaman yalnız texniki dəstək göstərmiş olur. Konkret olaraq bu iradınız uyğun tərəfdaş şirkətə göndərildi və nəzərə alınacaq".

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.