Ukraynada seçki protokollarının 98 faizi hesablandı
29 Oktyabr 2014 15:58
Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) seçki komissiyalarından aldığı Ali Radaya seçkilər üzrə protokolların 98,02 faizinin hesablanmasından sonra Baş nazir Arseni Yasenyukun Xalq Cəbhəsi Partiyası seçici səslərinin 22,16 faizini, "Petro Poroşenkonun bloku" isə 21,82 faizini toplayıb.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Məlumata görə, Qarşılıqlı Yardım Partiyası 11 faiz, "Müxalif blok" 9,36 faiz, Radikal Partiya 7,45 faiz, "Batkivşina" isə 5,68 faiz səs toplayıb.
Hesablamanın nəticələrinə görə, digər partiya və bloklar beş faizlik səddi keçə bilməyiblər. İlk dəfə olaraq Ukrayna Kommunist Partiyası parlamentə keçmir.
Milli.Az