Putinin ağır xəstə olması barədə katibindən AÇIQLAMA
29 Oktyabr 2014 15:46
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəzi xarici KİV-lərin Rusiya Prezidenti Vladimir Putinin ağır xəstə olması barədə yaydıqları məlumatı təkzib edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, D.Peskov deyib: "Bunu görməyəcəklər! Görüm onların dilləri qurusun! Hər şey normaldır".
Qeyd edək ki, "New York Post" nəşri V.Putinin mədəaltı vəzi xərçəngi xəstəliyinə tutulması barədə məlumat yaymışdı. Bu barədə məqalə müəllifinə hansısa mənbə xəbər vermişdi.
Milli.Az