Cənubi afrikalı Findile Mvelaze nokauta düşüb iki həftə komada qaldıqdan sonra ölüb. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Guardian" qəzetinə istinadən məlumat yayıb.
Oktyabrın 10-da Pretoridə çıxış edən Mvelaze döyüş zamanı nokauta düşüb. İdmançı təcili xəstəxanaya yerləşdirilib, amma komaya düşən Mvelaze oyanmayıb.
O, son həftə ərzində vəfat edən üçüncü cənubi afrikalı qadındır.
4 gün əvvəl yüngül atlet Mbulaeni yol qəzasında həlak olub, cümə günü isə soyğunçular ölkənin futbol üzrə yığmasının qapıçısı Sinzo Meyivanı öldürüblər.
Milli.Az