Baş prokuror icra başçısının oğluna vəzifə verdi
29 Oktyabr 2014 15:11
Azərbaycanda icra baçısının oğluna vəzifə verilib. İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu prokurorluq orqanında çalışacaq. Baş prokuror Zakir Qaralovun əmri ilə icra başçısının oğlu Məhəmməd Hacıyev Qaradağ Rayon Prokurorluğundan müstəntiq təyin olunub.
M.Hacıyev prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçib. Onlar arasında Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun oğlu Emil Murquzov da var.
Anar Məmmədov
Milli.Az