Nazir: "Ermənistan 1915-ci il hadisələrini araşdırmaq üçün arxivlərini açmağa hazır deyil"
29 Oktyabr 2014 15:18
Ermənistan 1915-ci il hadisələrini araşdırmaq üçün arxivlərini açmağa hazır deyil
Trend-in məlumatına görə, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır deyib.
Onun sözlərinə görə, Türkiyə dəfələrlə bildirib ki, Ankara 1915-ci il hadisələrini araşdırmaq üçün müstəqil komissiyanın yaradılmasının tərəfdarıdır.
Nazir qeyd edib ki, Türkiyə qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar bəzi ölkələrin Ankara ilə münasibətləri korlamayacağına ümid edir.
Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.