Ulvira: "Bizə "at" deməyin"

29 Oktyabr 2014 15:22

Məşhur teleaparıcıdan maraqlı açıqlama

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Evdəyik" verilişinin aparıcısı Ülvira Qarayeva xanımlarını döyən kişilərdən danışıb.
 
"Kişilərin hüquqları nədən ibarətdir bilmirəm. Həyatda bütün qaydaları kişilər icad edir. Nəyiniz çatmır? Bununla biz qadınları bədbəxt edirlər. Kişilər qadınlarını döyür, incidir. Bu haqda həmişə verilişimdə danışmışam. "Yaxşı at özünə qamçı vurdurmaz" ifadəsi ilə razi deyiləm. Əziz kişilər, bizə at deməyin. Biz anormal kişilərdən danışırıq. Yaxşı kişidən yox. Qadın heyvan deyil. Mən belə hadisələr eşidəndə şok oluram. Kişilər, ümumiyyətlə, qadınlardan çox şey istəyir".

Milli.Az