BMT: "İran və 5+1 ölkələri arasında razılığın əldə olunması dünya ictimaiyyətinin xeyrinədir"
29 Oktyabr 2014 15:03
İran və 5+1 ölkələri arasında nüvə məsələləri ilə bağlı müzakirələr son mərhələyə yaxınlaşıb.
Bunu BMT baş katibinin birinci müavini Yan Eliasson bu gün BMT-nin yaranmasının ildönümü münasibətilə Tehranda keçirilən mərasimdə çıxışı zamanı deyib.
Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Y.Eliasson bildirib: "Ümid edirik ki, müzakirələrdən müsbət nəticələr əldə olunacaq, çünki razılığın əldə olunması dünya ictimaiyyətinin xeyrinədir".
Milli.Az