Belə ki, tanınmışların sosial şəbəkədə Türkiyəni təbrik etməsi Zaur və Günayın izləyicilərində qıcıq yaradıb. Məlum olduğu kimi, bu gün Zəngilanın işğalından 21 il ötür. Məhz bu gün tanınmış aparıcıların xalqımıza başsağlığı vermək əvəzinə, Türkiyəni təbrik etməsi düzgün hesab olunmayıb. İzləyicilərdən biri bu məsələ ilə əlaqəli belə şərh yazıb: "Zaur bəy, gərək əvvəl öz ölkəmizə başsağlığı verərdiniz, sonra Türkiyəni təbrik edərdiniz. Axı bizim Zəngilanımızın alınan günüdür".Aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva qınaq atəşinə tutulublar.