Azərbaycanda gənc ailənin faciəsi
29 Oktyabr 2014 13:27
Cəlilabad rayonunda ehtiyatsızlıq faciəyə səbəb olub.
Milli.Az CTV-yə istinadən bildirir ki, hadisə rayonun Böyük Bəcrəvan kəndində Hüseynov İsrail Səyadulla oğluna məxsus yaşayş evində qeydə alınıb.
Axşam saatlarında otağın isidilməsi üçün istifadə olunan elektrik sobası aşaraq döşəmədəki xalçanı yandırıb. Bu zaman otaqda ciddi yanğın baş verməsə də ər, arvad və onların ikiaylıq körpəsinin olduğu otaq qatı tüstü ilə dolub.
Yalnız səhər saatlarında hadisədən xəbər tutan ailənin digər üzvləri onları tüstü ilə dolmuş otaqdan bayıra çıxara biliblər.
Lakin tüstü və dəm qazı 22 yaşlı Gülarə Heseynovanın həyatına son qoyub. Onun həyat yoldaşı və körpəsi Hüseyn Hüseynov ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxananın həkimi Şəmsəddin Büyatovdan aldığımız məlumata görə, hazırda ata və onun övladının vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az