Türkiyədə Respublika Günü ilə bağlı qəbul təxirə salıb
29 Oktyabr 2014 13:21
Türkiyə hökuməti ölkənin Ermenek şəhərindəki kömür mədənində baş vermiş qəza ilə əlaqədar olaraq Respublika Günü münasibətilə rəsmi qəbulun keçirilməsini təxirə salıb.
Bu barədə Trend "TRT Haber"ə istinadən xəbər verir.
Prezident Rəcəb Tayyip Ərdoğan bu gün qəza baş verən şəhərə gedəcəyini bildirib.
Mədəndə dağıntı və subasma 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalmış 18 mədən işçisinin su basmamış bölmələrdə gizlənə bildiklərinə ümid edirlər. Su basmış mədəndə suyun hündürlüyü 50 metrə çatır. Suyun mədəndən kənara vurulması iki günə yaxın davam edə bilər. Mədənə dalğıcların göndərilməsi planlaşdırılır.
Milli.Az