Azərbaycan klubunun oyunçusunu Slovakiyada qovdular

29 Oktyabr 2014 13:06

Futzal üzrə Ukrayna millisi Slovakiya ilə 2 yoldaşlıq oyunu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionatımızın lideri olan "Fənər"in oyunçusu Yevgeni Valyenko bu matçlarda forma geyinib.
 

Slovakiyanın Humenne şəhərində keçirilən ilk matçda qonaqlar əzmkar qələbə qazanıblar - 2:1. Bu görüşdə Valyenko 18-ci dəqiqədə meydandan qovulub. Dünən keçirilən ikinci matçda isə Ukrayna rəqibinin daşını daş üstə qoymayıb - 7:1.

Milli.Az